Məşhur türkiyəli müğənni Emel Sayın ötən həftə əməliyyat olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, bel yırtığı (fəqərəarası disklərin yırtığı) əməliyyatı üçün ikinci dəfə əməliyyat masasına uzadılıb.

Hazırda ifaçının səhhətinin yaxşı olduğu və gələn həftəyə qədər evində istirahət edəcəyi bildirilir.