Dünya şöhrətli bəstəkar-müğənni Emin Ağalarov “Nargis” jurnalının “Anket” rubrikasının qonağı olub.
Oxu.Az həmin rubrikanın sual-cavabını sizə təqdim edir:
S.A.A.: Ağalarov Emin Araz oğlu
Doğum tarixi: 12 dekabr 1979-cu il
Doğulduğu yer: Bakı
Peşəsi : Biznesmen, müğənni
- Həyat şüarınız...
- Hər zaman irəli getmək. Məqsədlərinə nail olmaq. Yüksək hədəfləri olmaq.
- Uşaqların tərbiyəsində əsas olan...
- Onlara diqqətdir.
- Ambisiyalı insansız?
- Bəli.
- Siz brendomaniyaya məruz qalanlardansız?
- Xeyr. Brendlər müəyyən istiqamət verir, lakin bu, məqsədin özünə çevrilməməlidir.
- Stilist köməyindən istifadə edirsiz?
- Xeyr. Mən uzun illər fashion bizneslə məşğul olmuşam. Buna görə də özümə güvənirəm.
- Keçmişə qayıtmaq olar?
- Xeyr, lazım da deyil.
- Böyük uğurdan məni ayırır...
- Bütün ömür.
- Sağlam həyat tərzi sürürsüz?
- Həm hə, həm yox. Çoxlu idman, az yuxu. Yeməkdə məhdudiyyət qoymuram, lakin hər zaman yeməyə vaxt tapmıram.
- Uğursuzluq sizi növbəti işlərə sürükləyir, yoxsa əksinə?
- Mənim vəziyyətimdə, bəli, irəli aparır.
- Memuarınızı nədən başlayardınız?
- İndi nə hiss edirəmsə ondan.
- Bəs indi nə hiss edirsiniz?
- Etməyi nəzərdə tutduğum şeylərə zaman çatdıra bilməməyimi.
- Mətbuatdan hər zaman gözlədiyiniz, lakin heç vaxt sizə verilməyən sual hansıdır?
- Mənim ən çox sevdiyim mahnım hansıdır. Mən isə cavab verərdim ki, onu hələ yazmamışam.
- Özünüzü təsvir edin.
Aytən Sadıqzadə
www.oxu.az