“Kainat gözəli” müsabiqəsinin iştirakçıları artıq Rusiyaya yığışıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, gözəllər yeni fotosessiya etdiriblər.
Onlar ağ çimərlik geyimində cazibədar pozlar veriblər.
Qeyd edək ki, müğənni-bəstəkar Emin Ağalarov tərəfindən təşkil edilən “Kainat gözəli” müsabiqəsi noyabrın 5-i və 9-da baş tutacaq.
Moskvada “Krokus Siti Holl” da keçiriləcək konkursda Azərbaycanı “Miss Azerbaijan 2012”nin qalibi Aysel Manafova təmsil edəcək.