Məşhur bəstəkar-müğənni və iş adamı Emin Ağalaraov “Nore” adlı yeni bəstəsini “Youtube” kanalında paylaşıb.
Oxu.Az Eminin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, müğənni “Nore” adlı mahnısını Nelson Mandelanın xatirəsinə ithaf edib. Bəstənin 2014-cü ildə təqdim olunacağı planlaşdırılsa da, prezidentin ölümü ilə əlaqədar olaraq bu gün mahnının təqdimatı keçiriləcək.
Aytən Sadıqzadə
www.oxu.az