Rusiyada yaşayan dünyaca məşhur müğənni-bəstəkar Emin Bakıdakı pərəstişkarlarına səslənib.
Oxu.Az xəbər verir ki, ifaçı sosial şəbəkədə sevənlərini konsertinə dəvət edib:
“Salam Bakı! Sizin üçün darıxmışam. 20 dekabr saat 19:00-da Heydər Əliyev Sarayında görüşəcəyik”.
“Boomerang” adlı konsertə biletlərin qiyməti 20 manatdan başlayır.
