Müğənni Emin Ağalarov ötən gün Moskvadakı “Zafferano” restoranında “Kainat gözəli” müsabiqəsinin iştirakçılarına parti verib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, partidə iş adamı Aras Ağalarov da iştirak edib.
Bundan başqa, yarışmanın son qalibi Oliviya Kalpo da qonaqlar sırasında olub.
Qeyd edək ki, Emin Ağalarov tərəfindən təşkil edilən “Kainat gözəli” müsabiqəsi noyabrın 5-i və 9-da baş tutacaq. “Krokus Siti Holl”da keçiriləcək konkursda Azərbaycanı “Miss Azerbaijan 2012”nin qalibi Aysel Manafova təmsil edəcək.