Ötən gün müğənni-bəstəkar Emin öz studiyasında gələcək konsertinin akustik məşqlərini edib və azarkeşlərinin bütün suallarını cavablandırıb.
Oxu.Az müğənninin rəsmi saytına istinadən xəbər verir ki, bu cür formatda hesabat ilk dəfə keçirilib. Musiqiçi 35-ci ildönümünə həsr olunmuş Moskvada “Crocus City Hall”da keçiriləcək yubiley konsertinin yalnız dekabrın 11-i deyil, 10-da da olacağını vurğulayıb.
Emin studiyada yeni trekini (“Woman”) təqdim edib. Həmçinin pərəstişkarlarının istəyi ilə sevimli sinqlı “Amor”, əfsanəvi ballada “Still”, “Mən hamıdan yaxşı yaşayıram” mahnılarını səsləndirib. Daha sonra müğənni xüsusi qonağı Svetlana Loboda ilə “Səmaya baxırsan” adlı hitini ifa edib.
Aytən Sadıqzadə
www.oxu.az