Populyar müğənni Emin müasir rus estradasının “Premia Muz-TV 2014” illik televiziya mükafatı nominasiyasında “Ən yaxşı şou konsert” verən namizədlər sırasına layiq görülüb.
Oxu.Az xəbər verir ki, onun 2013-cü ildə Moskvada “Crocus City Hall”da verdiyi konsert tamaşaçılar və media nümayəndələri tərəfindən böyük marağa səbəb olub.
Sözügedən konsert “Premia Muz-TV 2014”də “ Ən yaxşı şou konsert” namizədləri sırasına yerləşib. Namizədlər arasında Eva Polna, Ani Lorak, Serqey Lazarev, Nyuşa da yer alıblar.
Mükafatlandırma mərasimi 6 iyunda Moskvanın “Olimpiya” kompleksində baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az