Populyar müğənni Emin Yurmala şəhərində keçirilən “Yeni dalğa 2014” beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimində iştirak edib.
Oxu.Az xəbər verir ki, müsabiqənin açılışında müğənni “Mən hamıdan yaxşı yaşayıram” (“Я лучше всех живу”) hitini ifa edib.
Qeyd edək ki, “Yeni dalğa 2014”-ün bağlanma mərasimində Emin Keti Topuriyanın rol aldığı “Начистоту” (“Açıq”) adlı mahnısına çəkilən klipini təqdim edəcək. Klip Azərbaycanın paytaxtı Bakıda lentə alınıb.
Aytən Sadıqzadə
www.oxu.az