Bəstəkar-müğənni Emin “Zvezdı nad Moskvoy” ("Moskva üzərində ulduzlar") adlı mahnısına çəkdirdiyi klipi bu gün Rusiyanın Ru.tv kanalında təqdim edib.
Oxu.Az məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb.
Yaxın günlərdə işıq üzü görəcək diskdə Eminin rus dilində ifa etdiyi mahnılar olacaq.
12 mahnının daxil olacağı albomda müğənninin mərhum ifaçı Müslüm Maqomayevin səsləndirdiyi “Sinyaya veçnost”("Mavi əbədiyyət") mahnısı əsasında hazırlanan duet yer alacaq. Burada eyni zamanda “Amor” (“Sevgi”), “Ne işi menya” (“Məni axtarma”), “Tı ne odna” (“Sən tək deyilsən”) kimi bəstələr olacaq.
Aytən Sadıqzadə
www.oxu.az