Dünyaca məşhur müğənni-bəstəkar Emin ukraynalı müğənni Svetlana Loboda ilə birlikdə çəkdirdiyi klipinə təqdimat mərasimi keçirib.
Oxu.Az-ın məlumatına görə, “Səmaya baxırsan” (“Смотришь в небо”) adlı mahnının təqdimatı ifaçının rəhbəri olduğu “Rose bar”da gerçəkləşib.
Mərasimə Rusiyanın tanınmış simaları da qatılıb. Gecədə eyni zamanda “Rose bar”ın fəaliyyətə başlamasının 1 ili də qeyd edilib.
Qeyd edək ki, çəkilişlər bir neçə ay davam edib. Klipin süjet xəttinin ideya müəllifi Lobodanın prodüseri Natelladır.
Aytən Sadıqzadə
www.oxu.az