Xalq artisti İlhamə Quliyeva ötən gün Xəzər TV-də “Bizim gün” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, İ.Quliyeva verilişdə onun əleyhinə danışanlara sərt cavab verib.
O bildirib:
“Mənim istədiyim və istəmədiyim insanlar var. İstəmədiklərimə arzu edirəm ki, onlar yaşasınlar. Amma ərisinlər. Kimidə 1 qr, kimidə yarım kq-lıq dil var, onu soxsun qarnına. Məni incidənləri ağladıram, sürüyürəm. Yolunu azan, çaşan kəsləri yerində oturtmağı çox gözəl bacaran hüquq-mühafizə orqanlarımız var. Çaşıb sonra da göydən yerə aşanlara cavab verməyə qüvvəmiz var”.