Emin yeni albomun təqdimat mərasimini Amerikanın ən reytinqli səhər şousu olan “Today Show” və 18 fevralda Soçi Qış Olimpiadasında edəcək. Daha sonra məşhur müğənni ABŞ, Böyük Britaniya, Braziliya, cənub-şərqi Asiya turuna çıxacaq.
Oxu.Az xəbər verir ki, Moskvada 2013-cü ilin noyabrında təşkil olunan “Kainat Gözəli 2013” gözəllik müsabiqəsində müğənni yeni albomundan iki mahnını “In another life” və “Amor” ifa etmişdi.
“Amor” mahnısına çəkilən klipdə baş rolda “Kainat Gözəli 2012”- nin qalibi Oliviya Kalpo oynayıb və klipə 5 milyon baxış olub. Eyni zamanda, milyarder Donald Trampın iştirak etdiyi “In another life” trekinə çəkilən klipə 1,2 milyondan çox baxış olub(http://bit.ly/EMINAnotherLife).
“Amor” albomu Rusiyanın “İtunes”ində ən çox satılan ikinci albom olub. Eminin son iki diski BBC radiosunun çartlarına liderlik edib, eləcə də dəfələrlə “Həftənin albomu” adına layiq görülüb.
Nyu-yorkda yazılan alboma 12 mahnı və Eminin canlı konserti daxildir. Treklərin əksəriyyətini Emin DeeTown Entertainmentin müəllifləri və Böyük Britaniyadan olan “One Direction” qrupunun dünya şöhrətli sinqlarını yazan hitmeykerlər Paul Barry və Jamie Scottla bərabər hazırlayıb.
Qeyd edək ki, Emin World Music Awards məşhur musiqi mükafatında üç nominasiyaya - “Ən yaxşı ifaçı”, “Ən yaxşı artist”, “Dünyanın ən yaxşı canlı performansı”na layiq görülüb.
Albomdakı mahnıları https://itunes.apple.com/ru/album/amor/id814359938?l=en linkindən yükləyə bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az