Əhalinin əmək və sosial müdafiəsi naziri Səlim Müslümov və təhsil naziri Mikayıl Cabbarov bu həftə ölkədə peşəkar kadrların çatışmazlığı problemini müzakirə etmək üçün bir araya gələcəklər.
Oxu.Az abc.az-a istinadən bildirir ki, əhalinin əmək və sosial müdafiəsi naziri Səlim Müslümov, təhsil naziri Mikayıl Cabbarov ilə planlaşdırılmış görüşdə ölkə iqtisadiyyatının tələblərinə müvafiq peşə təhsilinin inkişafı məsələsi müzakirə olunacaq.
“Ölkədə hüquqşünas və maliyyə mütəxəssisi diplomu almış çoxsaylı məzun var, amma istehsalat sahəsində kəskin kadr çatışmazlığı müşahidə olunur. Buna görə də biz Azərbaycanda peşə təhsilinin inkişafı üçün müştərək tədbirlərin həyata keçirilmə məsələlərini müzakirə etməliyik” – deyə nazir açıqlama verib.