“10lar” verilişinin “Hədəf” rubrikasının növbəti buraxılışında ən xəsis və ən əliaçıq məşhurlar müəyyən olub.
Oxu.Az xəbər verir ki, toy məclislərinin birində verilişin müxbiri ölkəmizin tanınmış simalarına yaxınlaşaraq pul istəyib:
“Toya yazdırmağa pulum yoxdur, mənə borc pul verə bilərsiniz?”
Nəticə isə belə olub:
Xalq artisti Məleykə Əsədova, idmançı Kamil Zeynalov, müğənni Sevinc Ağaşirinova xəsis, xalq artisti Aygün Kazımova, aparıcı İlkin Həsəni, müğənni Elton Hüseynəliyev isə əliaçıq məşhurlar siyahısına düşüblər. Elton hətta müxbirə 300 manat verərək halallığını da verib.