“Günəşli” yatağındakı 11-ci özüldən 230 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-ın “SOCAR AQŞ” müştərək müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3137-3118 metr intervaldan sutkalıq 80 ton neft və 12800 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Gülnarə Zeynalova
www.oxu.az