İranlı model Mahlagha Jaberi “One Time” jurnalı tərəfindən “Ən gözəl və cazibədar model” anketi üçün namizəd göstərilib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bir ay davam edəcək sorğuda artıq minlərlə insan “Kainat gözəli”nə səs verib.
Modelin İnstaqram səhifəsindəki izləyicilərinin sayı isə 1 milyon 300 mini keçib.