Bir müddət əvvəl “İlahi məxluq” adlı filmdə yer aldığı erotik səhnəyə görə geniş müzakirələrə, hətta ictimai qınaq obyektinə çevrilmiş Vəfa Zeynalovanın əri onu boşayır.
Oxu.Az xəbər verir ki, bu barədə Mövqe.az-a aktrisanın adının açıqlanmasını istəməyən həmkarı məlumat verib.
Onun sözlərinə görə, o, bir aktrisa olaraq Vəfanı başa düşür:
“Mən həmin filmin ancaq “məşhur səhnəsi”nə baxdım. Bir aktrisa olaraq Vəfanı başa düşürəm. Amma kişilər belə şeyi qəbul eləməkdə çətinlik çəkirlər. Eşitdiyimə görə, açıq-saçıq səhnəni Vəfanın həyat yoldaşı dözümsüzlüklə qarşılayıb. Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatıb və məhkəməyə müraciətlə yekunlaşıb”.
Mövqe.az aktrisanın özü ilə əlaqə yaradıb. Sualları əsəbiliklə qarşılayan Vəfa Zeynalova bu barədə heç bir açıqlama vermək istəmədiyini deyib:
“Bu barədə danışmaq istəmirəm. Bilmirəm axmaq şeyləri kimlər uydurur? Yazmağa, danışmağa başqa mövzu yoxdur?! Yoxdur elə şey...”
www.oxu.az