“Eurovision 2014” mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Dilarə Kazımova yeni mahnısını təqdim edib.
Oxu.Az xəbər verir ki, bəstənin sözləri və musiqisi Rozhden Anusiyə məxsusdur.
Müğənni mayın 25-də mahnıya çəkilmiş klipini təqdim etməyə hazırlaşır.
Ekran işinin çəkilişləri zamanı lentə alınan fotoları təqdim edirik:
Xatrıladaq ki, 2014-cü ilin sentyabrda türkiyəli Mərt Aslanla ailə həyatı quran Dilarə Kazımovanın haqqında ötən gün mediada ayrılıq xəbərləri yer alıb. İfaçı isə şəxsi həyatı barəsində açıqlama vermək istəmədiyini söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az