Moda dünyasında “Super Nova” adıyla tanınan Natalia Vodianova təxminən 10 ildir yaşadığı evini satışa çıxarıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Londonun cənubunda olan bu evi Vodianova o zamanlar evli olduğu Justin Portman ilə birlikdə satın almışdı. Rus model 2005-ci ildə aldığı evini 3 milyon sterlinqə satışa təqdim edib.

Cütlük burada üç uşaqları ilə birlikdə yaşayırdı. Natalia Vodianova İngiltərənin ən zəngin 22-ci adamı olaraq tanınan Justin Portman ilə 2002-ci ildə Rusiyanın St. Peterburq şəhərində ailə qurmuşdu. Cütlüyün London, Nyu-York və Uruqvayda da evləri var idi.





Natalia Vodianova Rusiyanın Nijniy Novqorod şəhərində 1982-ci ildə dünyaya gəlib. Uşaqlıq illəri çətin keçib. Anası və atası boşandıqdan sonra maddi problemləri olduğu üçün babasının evinə köçmək məcburiyyətində qalıblar. Vodianova ailəsiylə birlikdə şəhərin ən yoxsul bölgələrindən birində yaşayırdı. O, iki ögey qardaşına və anasına dəstək olmaq üçün əlindən gələni edib.

Bir zamanlar küçə-küçə gəzərək meyvə satıb. Sonra özünə piştaxta düzəldərək meyvələri orada satmağa başlayıb. Vodianova anası Larissa ilə birlikdə çalışırdı.
Belə günlərdən birində hələ 15 yaşında ikən bir model agenti tərəfindən kəşf edilib. Və nəhayət Moskva sonra isə Paris, London kimi şəhərlərdə podiumlara çıxmağa başlayıb.

Vodianova 2002-ci ildə St. Peterburqda ingilis milyonçu Justin Portman ilə ailə qurub. 2011-ci ildə boşanan cütlüyün Lucas Alexander və Viktor adlı iki oğlu ilə Neva adında bir qızı var.
Natalia Vodianova bir müddətdir ki, iş adamı Bernard Arnault-nun oğlu və “Louis Vuitton” moda evinin icraçı direktoru Antoine Arnault ilə birlikdədir. Ondan da Maxim adında bir oğlu var.

Aytən Sadıqzadə
www.oxu.az