Tez-tez boşanma şayiələri ilə gündəmə gələn model Günay Musayeva dünən təmtəraqlı ad günü keçirib.
Oxu.Az xəbər verir ki, Türkiyədə yaşayan model Günay Musayevaya ad günündə bir çox hədiyyələr verilib, ən böyük sürprizi isə prodüser, təşkilatçı Erkan Özerman edib.
Günay ad günündən olan fotoları instaqram səhifəsində yerləşdirib:
“İkinci tortumuzu da kəsdik. Sevimli Erkan Özerman mənim üçün ad günü partisi təşkil edib. Gözəl arzularınız üçün hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, G.Musayeva türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Onların bir övladı var.
Aytən Sadıqzadə
www.oxu.az