“Düz üzünə” verilişinin növbəti çəkilişində gərgin anlar yaşanıb.
Oxu.Az mövqe.az-a istinadla xəbər verir ki, 1994-cü ildən bu günə kimi sirr saxladığı, qəlbinə yük olan ağrını Elariz Məmmədoğlu efirə danışıb.
Ermənilər tərəfindən başı kəsilən döyüşçü qardaşı haqqında danışan müğənninin dəfələrlə halı pisləşib. Çəkiliş dayanıb. Aparıcı İradə İsaq çox qorxub. Qorxub ki, Elarizin çəkiliş meydançasında ürəyi gedə bilər.
Çünki müğənninin həyat yoldaşı İradə xanıma çəkilişdən əvvəl bildirmişdi ki, qardaşı haqqında danışanda o pis hallara düşür. Hələ də anasını ovutmaq üçün oğlunun əsir olduğunu söyləyirlər. Anaya cəsarət edib bu faktı demirlər ki, ana ürəyi bu dərdə dözməyə bilər.
Oğul dərdinə dözməyən atasını itirən Elariz anasını qoruyub saxlamaq üçün bu addımı atır. Çoxlarının əsir, şəhid olduğu kim bilinən qardaşının ölüm təfərrüatları verilişdə açılıb. Hələ də meyitinin yeri bəlli olmayan döyüşçünün anası oğlunun yolunu gözləyir. Ana bilmir ki, onun oğlu bir daha geri qayıtmayacaq.
Qeyd edək ki, veriliş iyunun 17-də saat 21:30-da ATV kanalında efirə gedib.