Azərbaycanda məktəb direktorları və xəstəxanaların baş həkimləri banklar üçün yaxşı xəbər olmayacaq bir qadağanın tətbiqinə başlayıblar.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, xeyli sayda müəllimdən və həkimdən əldə etdiyi məlumata görə, artıq bir çox direktorlar və baş həkimlər müəllimlərə və həkimlərə bankdan kredit götürmək üçün iş yerindən arayış vermirlər. Onlar bunu indiyədək arayış verilərək bankdan kredit götürmüş işçilərin krediti geri ödənilməsi ilə bağlı yaratdığı problemlərlə əlaqələndirirlər.
Verilən məlumata görə, arayış verməyən məktəblərin və xəstəxanaların sayı gün keçdikcə artır.
Qeyd edək ki, Azərbaycan bankları müəllimlərə və həkimlərə kreditləri həvəslə verirlər. Əgər arayışların verilməsində qadağalar genişlənərsə bu banklar üçün yaxşı hal olmayacaq.