Kayl Cons və Marcori MakKul bir-birini sevirlər. Onların məhəbbət tarixçəsi adi olardı, əlbəttə ki, bir “amma” olmasaydı – Marcori öz “boyfriend”indən 60 yaş böyükdür.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, Kaylın yeniyetmə yaşlarından özündən yaşca çox böyük olan qadınlara qarşı həssas olduğu bildirilir. O, hələ 18 yaşında ikən 50 yaşında qadınla görüşməyə başlayıb.
Sonradan da onun bütün rəfiqələri ondan yaşca çox böyük, hətta Marcori kimi 60 yaş böyük olanı da olub. Kayl iddia edir ki, onlar fəal və tam seksual həyat sürürlər.
O, çox vaxt öz rəfiqələrini 51 yaşı olan anası ilə də tanış edir. Kaylın anası oğlunun bəzi rəfiqələrinin qızı yaşındadır.
Marcori ilə artıq 5 ildir ki, görüşür.
Oxuculara bu qeyri-adi cütlüyün şəkillərini təqdim edirik: