Ermənistan bir neçə həftədir ki, “Eurovision” mahnısını təqdim edib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Artsvik Kiyev səhnəsində “Fly With Me” adlı bəstəni səsləndirəcək.
Ancaq ilk gündən etibarən klip və musiqi müzakirə olunmağa başlayıb.
“Eurovision” fan-səhifələri əsərin Madonnanın fenomenə çevirilən “Frozen” mahnısından bəhrələndiyini iddia edib.
Bildirilib ki, hər iki bəstə arasında oxşarlıq ilk 1 dəqiqədən sonra daha çox hiss edilir.
A.S.
www.oxu.az