Azərbaycanda bütün maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 5 illik minimuma enib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 2017-ci il fevralın 1-nə 34,8% (5 mlrd. 814 mln. manat) təşkil edib.
Qeyd edək ki, bu göstərici 2012-ci ildə 35,3% (4 mlrd. 316,7 mln. manat), 2011-ci ildə 33,7% (3 mlrd. 315 mln. manat) olub, 2014-cu ildə isə 44%-ə (7 mlrd. 731,8 mln. manat) yüksəlib.
Qeyd edək ki, cari il fevralın 1-nə cəmi kredit portfelinin həcmi 16 mlrd. 705,2 mln. manat təşkil edib, bunun da 9,8%-nin və ya 1 mlrd. 633,1 mln. manatının ödəniş vaxtı keçib.
U.A.
www.oxu.az