Tanınmış telejurnalist Etibar Babayevə ATV-də vəzifə verilib.
Oxu.Az xəbər verir ki, o, “Azad Azərbaycan” telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. O, eyni zamanda telekanalın vitse-prezidenti səlahiyyətlərini də icra edəcək.
Qeyd edək ki, məlumat ATV-dən təsdiqlənib.