“Eurovision - 2015” mahnı müsabiqəsinin iştirakçıları Moskvada cümə günü keçiriləcək konsert çərçivəsində çıxış edəcəklər. Səhnəyə Rusiya, Böyük Britaniya, Makedoniya, Avstraliya, İngiltərə, San-Marino, Monteneqro, İsrail, Azərbaycan, Belarus, Malta və İslandiyanın nümayəndələri çıxacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, “Eurovision” müsabiqəsinin 60-cı yubiley müsabiqəsi Avstriyanın paytaxtı Vyanada may ayının 19-dan 23-nə qədər keçiriləcək. Rusiyanı müsabiqədə “A Million Voices” mahnısı ilə Polina Qaqarina təmsil edəcək.
Moskvada illik pre-party müsabiqəsi Korston Club Hotel-də baş tutacaq. Qala-konsertdə ötən illərdə “Eurovision”da çıxış etmiş müğənnilər- Yuliya Volkova (ЕХ. T.A.T.U.), "Zdob si Zdub" qrupu, Eldar Qasımov, Ell & Nikki dueti (Eurovision -2011 qalibləri), Tolmaçev bacıları, “PM” qrupu, Kristina Skarlat, Paşa Parfeniy və başqaları çıxış edəcək.
Saqqallı qadın Konçita Vurstun obrazında çıxış edən keçən ilin qalibi avstriyalı Tomas Noyvirt, və Avstriyanın bu ilki iştirakçıları The Makemakes qrupu moskva mərkəzinin tamaşaçıları üçün sürpriz hazırlayıblar.
Müsabiqə iştirakçılarını Rusiya paytaxtında maraqlı proqram gözləyir. Konsert ərəfəsində müxtəlif ölkələrdən olan qonaqlar, Qaqarina başda olmaqla “Eurovision - 2015” müsabiqəsinin Rusiya mətbuat-konfransında iştirak edəcəklər. Pərəstişkarları ilə qapalı şam yeməyində olacaq, müsabiqə qaliblərinə biletləri təntənəli şəkildə təqdim edəcək, onlarla Qırmızı meydanda gəzəcək, eləcə də bir neçə imza günü keçirəcəklər.
“Eurovision”un ilk yarımfinalı Vyanda may ayının 19-da keçiriləcək. İkinci yarımfinal mayın 21-də, müsabiqənin finalı isə mayın 23-də keçiriləcək.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər