Stokholmda keçiriləcək “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsində Belarusu təmsil edəcək İvan kimi məşhur olan, müğənni Aleksandr İvanov yarışmaya hazırlıq zamanı əlini zədələyib.
Oxu.Az-ın xəbərinə görə, “Eurovision-un gündəlikləri”nin çəkilişi zamanı İvan kamandan ox atmaq qərarına gəlib ki, özü haqqında unudulmaz xatirələr yaratsın. Buna nail olub, belə ki, gənc ifaçı kamanı çəkərkən etdiyi canfəşanlıq nəticəsində ox əlinə batıb və barmaqlarında dərin yaralar qoyub.

“Bir az həddi aşdım. Elə istəyiridim ki, hər şeyi mümkün qədər gözəl edim…”, - İvan bədbəxt hadisəni izah edərkən bildirib.