Bu il “Eurovision” musiqi yarışmasına Avstraliya da qatılacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa Yayım Birliyi yarışmanın 60 illik yubileyi ilə bağlı yalnız bir dəfəlik Avstraliyanı yarışmada iştirak etməyə dəvət edib.
Okeaniya ölkəsi birbaşa finalda iştirak edəcək, həm yarı final, həm də finalda səsvermə hüququna sahib olacaq.
Qeyd edək ki, Avstraliya 30 ildir musiqi yarışmasını SBS kanalında yayımlayır.