Eurovision Mahnı Müsabiqəsinin 60 illiyi tarixində ilk dəfə olaraq Vyanada keçiriləcək müsabiqənin loqosunda təyyarə təqdim edilib.
Oxu.Az xəbər verir ki, müsabiqənin rəsmi saytındakı məlumata görə layihənin təşkilatçısı müsabiqənin rəsmi tərəfdaşı Avstriya Hava Yollarıdır. Dünyanın ən böyük əyləncəli tədbiri sayılan Eurovision Mahnı Müsabiqəsi Avstriya Ecolabel şirkəti ilə əməkdaşlıq edərək, tarixində ilk dəfə “yaşıl tədbir” formasında təşkil olunacaq.