“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli sosial şəbəkədə uşaqlıq fotosunu yerləşdirib.
Oxu.Az xəbər verir ki, müğənni İnstaqramda paylaşdığı şəklinə “Mənim uşaqlıq şəkillərim. Düşünürəm ki, çox dəyişməmişəm” sözlərini yazıb.

“Eurovision 2016”nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 14-də keçiriləcək. Birinci yarımfinalda çıxış edəcək təmsilçimiz Səmra Rəhimli müsabiqədə “Miracle” adlı mahnını səsləndirəcək.