Məşhur aparıcılardan ailə qurmaq istəyən imkansız gənclərə şad xəbər var.
Oxu.Az məlumat verir ki, ATV telekanalında yayımlanan “Bığ” şounun aparıcıları Şəhriyar Əbilov və Cavid Gül verilişdə yeni “Big şans” adlı rubrika yaradacaqlar.
Bu haqda Oxu.Az İnformasiya Agentliyinə Şəhriyar Əbilov məlumat verib:
“Ailə qurmaq istəyən, lakin maddi imkan ucbatından toy mərasimini arzu etdikləri kimi təşkil edə bilməyən cütlüklərə kömək etməyi düşünürük. Bu rubrika yəqin ki, gələn həftədən start götürəcək. Toya müğənnilər dəvət edib, aparıcılıq edəcəyik. Toyu olan cütlüyü Antaliyaya istirahətə göndərəcəyik. Onlar üçün “Love Story” videoçarxı təşkil edəcəyik. Yəqin ki, bilirsiniz təkcə, bu çarxın hazırlanmasının qiyməti 2000 AZN –dir. Biz bütün bunları heç bir maddiyyat güdmədən, təmənnasız şəkildə həyata keçirəcəyik. Daha sonra toy mərasimindən kadrlar verilişdə nümayiş olunacaq”.
Aytən Sadıqzadə
www.oxu.az