Futbol üzrə Azərbaycan millisi FİFA-nın reytinqində bir pillə irəliləyib.
Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə 1 pillə irəliləyən Azərbaycan milli komandası 372 xalla 93-cü pillədə qərarlaşıb.
Növbəti reytinq cədvəli martın 13-də açıqlanacaq. (Trend)