“Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçısı Naz Mila türkiyəli milyarder Ali Ağaoğlu və onun qardaşı, biznesmen Hüseyn Ağaoğlu ilə yaxtada görüntülənib.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar A.Ağaoğluna məxsus “Aga6” adında yaxta ilə İstanbul Boğazında səyahətə çıxıb. Onların yanında Ali Ağaoğlunun sevgilisi Duyğu Su Gülpınar da olub.
2017-ci ilin statistik məlumatlarına görə, Ali Ağaoğlu 1 milyard dollar dəyərində şəxsi sərvəti ilə Türkiyənin ən zəngin 27-ci insanıdır.
A.S.
www.oxu.az