“ATV”nin “Ümid var” verilişinin aparıcısı Zaur Baxşəliyev hazırda canlı yayımlanan proqramda müğənni Eyyub Yaqubovun vəfat etdiyi barədə xəbərlərin yayıldığını qeyd edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, müğənni ilə bağlı yayılan dəhşətli məlumatı dəqiqləşdirməyə çalışdıqlarını bildirib.
Sözügedən informasiyanı dəqiqləşdirmək üçün müğənninin prodüseri ilə əlaqə saxlanılıb. Müğənninin prodüseri yayılan məlumatların yalan olduğunu bildirib:
“Eyyub Yaqubov sağ-salamatdır, səhhətində də heç bir problem yoxdur. Səhərdən əsəb keçiririk. Bu xəbərləri kim yayır bilmirik”.