SOCAR-ın illik peşəkar kadr təlabatını ödəyə bilmirik.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qobustan Regional Təlim Tədris Mərkəzinin açılışında jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, ildə 5 minə yaxın işçi yerini dəyişir. Ona görə yeni işçilər tələb olunur.
“İnsan Resursları departamenti elanlar verir. İxtisaslı peşəkar mütəxəssiləri axtarır. Peşə məktəblərində hazırlanan kadrlar daha effektli olur. Ona görə də çalışırq ki yeni peşə məktəbləri tikilsin və mütəxəssislər hazırlansın. Regionlarda yeni daha bir neçə peşə məkəbinin tikilməsi də nəzərdə tutulur”.