Azərbaycanda 923 nəfər yaşı 100-dən yuxarı pensiyaçı var ki onların 855 nəfəri qadındır, cəmi 67 nəfəri isə kişidir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “Ahıllar günü” münasibəti ilə keçirilən tədbirdə deyib.
Tədbirdə ahıllarla görüşən S.Müslümov bildirib ki, yaşı 100-dən yuxarı pensiya alan kişilərin sayı çox azdır. Sədr, bu səbəbdən kişilərin qayğısına qalınmalı olduğunu vurğulayıb.