Rusiya Ukraynanın və digər MDB ölkələrinin Gömrük İttifaqına daxil olmasında maraqlıdır, lakin onlar suveren dövlətlərdir və qərarlarını müstəqil qəbul edir. Rusiya onlara hər hansı təzyiq göstərmir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sessiyasında sualları cavablandırarkən deyib.
O bildirib ki, Rusiya yalnız öz tərəfdaşlarına Gömrük İttifaqına qoşulmağın və Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağın faydaları haqda müqayisəli informasiya təqdim edir:
“Seçim onlarındır”.
Xatırladaq ki, Ermənistan AB ilə assosiasiya sazişi imzalamaq üçün 3 il danışıqlar apardıqdan sonra bu ilin sentyabrında Gömrük İttifaqına qoşulmağa qərar verib. Bu, AB-nin kəskin etirazına səbəb olub.