Əməkdar artist Eyyub Yaqubov hazırda söküntü işləri aparılan “Sovetski”yə həsr olunan mahnı ifa edib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, əməkdar artist bəstəkar Elçin İmanov ilə birlikdə hazırladığı “Sovetski” mahnısını sosial şəbəkədə təqdim edib.
“Allaha çox şükür bu ərəfədə - “Sovetski”nin təmtəraqla sökülməsi ərəfəsində bu mahnını hazırladıq, Allah bu mahnını Elçin qardaşımıza ilham etdi. Doğrudan da, mahnıda deyildiyi kimi “vid-fasonu olsa da, yevropeyski, ürəklərdə yaşayacaq “Sovetski””. “Sovetski”nin köhnə adamlarına eşq olsun”-, ifaçı mahnı haqda təəssüratlarını bölüşüb.