Təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.
Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilənə görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.
Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” əsasında həyata keçirilib.
Qızıl medal alan məzunların sayına gəldikdə isə əsasən liseyləri bitirən şagirdlər üstünlük təşkil edir.