ABŞ-ın Azərbaycandakı səfirliyi RATİ-nin rəhbəri Emin Hüseynovun səfirlikdə gizlənməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, səfirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil:
“Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynovun ABŞ-ın Bakıdakı səfirliyinin ərazisində sığınacaq tapması barədə müəyyən media orqanlarında xəbər yayılmışdı. Bu xəbərlər həqiqətə tamamilə uyğun deyil. Emin Hüseynov ABŞ-ın səfirliyində deyil,”- deyə səfirlikdən qeyd ediblər.