Əməkdar artist Eyyub Yaqubov məşhur və sevilən aparıcı Nərgiz Cəlilovanın təqdimatında “Azərbaycan Televiziyası”nda (AzTV) yayımlanan “Sevilənlər” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, müğənni efirdə ilk dəfə ailə həyatından bəhs edib. E.Yaqubov bir oğul atası olduğunu və övladının Fransada ailə həyatı qurduğunu söyləyib. Verilişin gedişatında o bildirib ki, övladı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində təhsil alıb, daha sonra isə Parisə köçüb.
Müğənni həmçinin bir oğlan nəvəsinin də olduğunu söyləyib.
A.S.
www.oxu.az