Bakıda əxlaqsızlıq yuvası aşkarlanan “New Life” çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur.
Oxu.Az xəbər verir ki, bir neçə ay əvvəl şou saytlarının birində kafe ilə bağlı reklam materialı yayımlanıb və həmin xəbərdə obyektin Elçin Hüseynova məxsus olması qeyd olunub. Məlumatda həm çay evi, həm də pub və Avropa mətbəxi kimi fəaliyyət göstərən “New Life”ın 24 saat müştərilərinin üzünə açıq olduğu yazılıb.
Daha sonra bildirilir ki, “New Life” açılan gündən tanınmışların ən çox getdiyi məkandır.
Məşhurlar əbəs yerə “New Life” klubu seçmirlər. Çünki burada mükəmməl xidmət var.
Məkanda qonaqlara geniş və şəxsi (VİP) otaqlarla xidmət etməklə yanaşı “playstation 3” oyunları da müştərilərə təklif edilir. “New Life”da 6 VİP, 4 “besetka”, 70 ümumi zal var.
Xatırladaq ki, bu gün DİN-in yaydığı xəbərdə sözügedən məkanda əxlaqsızlıq yuvasının aşkarlandığı açıqlanıb.