Məşhur türkiyəli aktrisa Fahriye Evcen və aktyor sevgilisi Burak Özçivit Tarabyada gecə yürüşünə çıxarkən kameralara tuş gəlib.
Oxu.Az xəbər verir ki, Evcen təbii və makiyajsız halda olmasına baxmayaraq kameralardan qaçmayıb.
Eşq münasibətləri “Aşk Sana Benzer” serialının çəkilişləri zamanı başlayan cütlük maqazin jurnalistlərini görüncə “İlk dəfə sahildə idman edək dedik, onda da sizə yaxalandıq” deyərək onlara ünvanlanan sualları cavablandırıb.
Aytən Sadıqzadə
www.oxu.az