Rəşad Məmmədov Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Rəşad Rəfael oğlu Məmmədov 2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəisi təyin edilmişdi.