Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Faiq Ağayev 22 il küsülülükdən sonra Zülfiyyə Xanbabayeva ilə barışdı - VİDEO
Xalq artistləri Faiq Ağayev və Zülfiyyə Xanbabayeva 22 il davam edən küsülülüyə son qoyublar.
Bizim.Media xəbər verir ki, bu haqda Faiq Ağayev qonaq olduğu "10-da görüşək" səhər verilişində danışıb.
Ağayev Xanbabayeva ilə barışdığını belə nəql edib:
"Altı ay əvvəl konsertlərin birində həmkarım Zülfiyyə Xanbabayeva ilə barışdıq. 22 ildən sonra münasibətlərimiz düzəldi. O dönəmdə bir xəbər yayıldı ki, Dəniz adlı bir abituriyent İngiltərənin universitetlərinin birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar.
Əksinə deyiblər ki, biz sizə təqaüd verəcəyik. Qızın isə adı Dəniz idi. Mən də bilirdim ki, Zülfiyyənin qızının adı Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, "Sənin qızındır o? Fəxr edirəm onunla".
Cavab verdi ki, "nə?", əhvalatı danışdım ona. Zülfiyyə söylədi ki, "xeyr, o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur". Söylədim ki, Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun və tələbə təqaüdünü xarici ölkə versin.
O zamandan bəri biz Zülfiyyə ilə tədbirlərdə görüşürük, salamlaşırıq. Həyatın bilinməyən tərəfləri var. Kimdənsə, biz müvəqqəti uzaqlaşırıq, kimdənsə, birdəfəlik uzaqlaşdırıq. Bizim Zülfiyyə ilə yəqin uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzaqlaşmaq 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Arada olan anlaşmazlıq itən kimi ləkə də gedir".
"Zülfiyyə Xanbabayeva" teqi üzrə xəbərlər
- Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada
- Azərbaycanın məşhur sənətçisi vəfat etdi - FOTO
- Xalq artisti görünüşünü inanılmaz dərəcədə dəyişdi - VİDEO
- Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili - FOTO
- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - FOTO
Rəylər