Tehran Əfqanıstana mallarını ABŞ dolları əvəzinə İran rialı ilə satacaq.
Bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin məlumat verib.
O qeyd edib ki, Əfqanıstandan olan tərəfdaşları da rialda ödəniş etməkdə maraqlıdırlar.
“İran Mərkəzi Bankı normativ baza hazırlayıb və artıq 1-2 bank bu planı həyata keçirməklə məşğuldur”, - Məhəmməd Rza Fərzin əlavə edib.
Mənbə: Sputnik Əfqanıstan
Rəylər