Xalq artisti Faiq Ağayev cəbhə xəttində yaranmış gərginliyə biganə qalmayıb.
Oxu.Az xəbər verir ki, müğənni son günlərdə yaşananlara münasibətini vətənpərvərlik mövzusunda ifa etdiyi mahnısı ilə dilə gətirib.
Belə ki, xalq artisti “Marş-çağırış” adlı mahnısına hazırlanan videoçarxı Facebook səhifəsində paylaşaraq bunları yazıb:
“Bu mahnı son hadisələrə münasibətimdir. Allah Azərbaycan əsgərini qorusun”.
Qeyd edək ki, mahnının sözləri A.Qurbaniyə, musiqisi isə N.Mirməmmədliyə aiddir.
Aytən Sadıqzadə
www.oxu.az