Tanınmış müğənni xalq artisti Faiq Ağayev siyasətə atılmağa hazırlaşır.
Bu barədə məlumatı o "NewBakupost"a müsahibəsində verib.
Onun sözlərinə görə, siyasətlə məşğul olmaq üçün bütün imkanlara malikdir.
“Şükür Allah məni ağıl, məntiqli düşüncədən məhrum etməyib. Mən də vətəndaş mövqeyimi müdafiə edə bilərəm. Buna görədə həyatımda belə bir yeniliyin ola biləcəyini istisna etmirəm”.
Müğənni qeyd edib ki, insan hüquqularını radikal və inqilabi üsullara əl atmadanda qoruya bilər:
“Radikallıq və anarxiya nəticədə vətəndaş müharibəsinə gətirib çıxarır. Buna isə imkan vermək olmaz”.
Yeni siyasətçi özünün ilk açıqlamasınıda verərək səhiyyə və təhsil sistemindən danışıb.
“Bizim səhiyyənin müalicəyə ehtiyacı var. Çox vətəndaşlarımız müalicə olmaq üçün İran,Türkiyə,Rusiyaya gedirlər. Ya onların ixtisaslaşdırılması aşağıdır, ya da insanlar onlara inanmır. İslahata ehtiyacı olan daha bir sahə təhsildir”.
Bundan əlavə F.Ağayev hakimiyyəti korrupsiya ilə mübarizəni gücləndirməyə də çağırıb.
www.anspress.com
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin